“Dini memarlıqda ilahi vəhyin inikası” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “Dini memarlıqda ilahi vəhyin inikası” mövzusunda seminar keçirilib.

Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova şəhərsalma və memarlığın cəmiyyətin mədəni-mənəvi həyatında əhəmiyyətindən danışıb. Dini memarlığın insanların inancını, dünyagörüşünü və mənəvi dəyərlərini əks etdirdiyini bildirən dekan bu sahənin teoloji və mədəni aspektlərinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, Aİİ İslamşünaslıq kafedrasının müəllimi Zaur Orucov “Dini memarlıqda ilahi vəhyin inikası” mövzusunda məruzə ilə çıxış edib. O, dini memarlığın formalaşmasında ilahi vəhyin və dini dünyagörüşünün rolundan, ibadət məkanlarının mənəvi mahiyyətindən, memarlıq nümunələrində dini dəyərlərin ifadəsindən söhbət açıb.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

↑
Exit mobile version