İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Bağdadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası üçün 57 üzv ölkədən 53-ü iştirakını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bunu İƏT Xarici İşlər Nazirləri Şurası konfransının rəsmi sözçüsü səfir Həsəneyn Kamil bildirib.

Onun sözlərinə görə, qalan ölkələrin də iştirakla bağlı təsdiqlərinin yaxın iki gün ərzində alınacağı gözlənilir.

Xatırladaq ki, tədbir oktyabrın 17-18-də keçiriləcək.

↑
Exit mobile version