İslam maliyyəsi mexanizmlərinin tətbiqini təmin etmək məqsədilə bazar islahatlarına dair normativ-hüquqi akt layihələri hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 6 ayın yekunlarına dair təqdimat və mətbuat konfransında bildirib.
A.Həsənov qeyd edib ki, layihələr aidiyyəti dövlət orqanlarına göndərilib.
