AktualXəbərlər

Ayətullah Behcət bu namazı hər gün qılardı – İstiğfar namazı

Böyük mərcəi-təqlid müctehid və arif Ayətullahül-üzma Behcət bizlərə gözəl bir namaz tövsiyyə edir. Bu, istiğfar namazıdır. Ayətullah Behcət deyirdi ki, mən bu namazı bir gün də olsa, tərk etməmişəm. Namaz 2 rükətdir, eynilə sübh namazı kimi qılınır. Yalnız istiğfar kəlmələri əlavə edilir.

Qılınma qaydası belədir:
Niyyət : İstiğfar namazı qılıram, qurbətən iləllah.
Təkbirdən sonra “Həmd” və “İxlas” surələrini oxuyuruq. Ardınca 15 dəfə “əstəğfirullahə” deyirik.

Sonra rükuya gedib, rükunun zikrindən sonra 10 dəfə “əstəğfirullahə” deyirik.

Rükudan qalxıb qiyam vəziyyətində 10 dəfə “əstəğfirullahə” deyirik.

Səcdəyə gedib səcdə zikrindən sonra (səcdə halında) 10 dəfə “əstəğfirullahə” deyirik.

Birinci səcdədən qalxıb 10 dəfə bu zikri deyirik.

Sonra ikinci səcdəyə gedib 10 dəfə bu zikri təkrar edirik.

Səcdədən qalxıb yenə 10 dəfə “əstəğfirullahə” zikrini deyirik.

İkinci rükət də eynilə birinci rükət kimi qılınır.

Axırda təşəhhüd və salamları deyib namazı bitiririk.

 

Az.shafaqna.com.

Daha çox göstər
Back to top button