İslam suallarda

İmam Əliyə (ə) məxsus Əbu Türab ləqəbinin mənası nədir?

Ərəb dilindən tərcümədə “Əbu Türab” toz-torpaqlı, üst-başı toza bulaşmış adam mənasını verir. Bu, İmam Əli ibn Əbu Talibin (ə) künyələrindən biridir, ona Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən verilmişdi. Əmmar ibn Yasirdən rəvayət edilir ki, hərbi yürüşlərin birində fasilə zamanı Əmmarla İmam Əli (ə) yerdə uzanıb dincəlirmişlər. Bu zaman Peyğəmbər onların yanına gəlir və paltarı toza bulaşmış Əlini silkələyərək: “Ey Əbu Türab, qalx!” – deyə buyurur. Sonra Peyğəmbər Əli ibn Əbu Talibə (ə) gələcəkdə necə şəhid olacağı barədə danışır. Əli (ə) şəhadət xəbərini tam razılıqla qarşılayaraq, bu səadətə nə vaxt nail olacağını səbirsizliklə gözlədiyini bildirir.

Bu hadisədən sonra Əbu Türab künyəsi İmam Əlinin (ə) ən məşhur ləqəblərindən birinə çevrilir. Həm Peyğəmbər, həm də səhabələr onu çox zaman bu adla çağırardılar. Əhli-Beytin düşmənləri isə bu künyəni təhqir əlaməti olaraq işlədirdilər. İmam Əlinin (ə) guya Fatiməyə (ə) qəzəbləndiyi zaman öz başına torpaq tökdüyü və buna görə Əbu Türab adlandığı barədə rəvayət Əməvi rejiminin uydurmasıdır.

Daha çox göstər
Back to top button