AktualXəbərlər

İraq hökuməti bu il Ərbəinə kimləri buraxmayacaq?

İraq hökuməti Ərbəin ziyarəti zamanı İraq vətəndaşlarının və əcnəbi zəvvarların müqəddəs Kərbəlaya daxil olması ilə bağlı yeni qərarları açıqlayan bir bəyanat yayıb.

Bəyanatın mətnində deyilir:

“İraq vətəndaşları və ya zəvvarlar koronavirus peyvəndi olmayan hər kəsin müqəddəs Kərbəlaya girməsinə icazə verilməyəcək, peyvənd İraqa, xüsusən də müqəddəs Kərbəlaya daxil olmaq üçün əsas şərtdir.
Zəvvarlar İraqa və müqəddəs Kərbəlaya girməzdən əvvəl iki dəfə peyvənd edilməlidir. İraq Xarici İşlər Nazirliyi dünyadakı bütün səfirliklərinə zəvvarın peyvənd sertifikatının gəlişdə yoxlanılması və təsdiq olunmalı olduğunu bildirib, əks halda zəvvarlar İraqa girə bilməyəcək”.

Bəyanatın vizaların verilməsi və şərtləri ilə əlaqədar hissəsində isə bildirilir:

“İraq hökuməti dünyanın hər yerindən gələn bütün zəvvarlar üçün 15 günlük viza verir və hər bir ölkədən 5.000 nəfər Ərbəin ziyarətinə qatıla bilər. İraq Xalq Səhiyyəsi Ali Komitəsi müqəddəs Kərbəlada xidmət edən və əzadarlıq mərasimi keçirən hər hansı bir mokəbin bütün işçilərinin və qulluqçularının peyvənd olunmalı olduğunu, elə bu andan etibarən peyvənd olunmaq üçün növbəyə yazılmalarını, bu müddət ərzində iki dəfə peyvənd olunmalı olduqlarını açıqlayıb”.

“Xaricdəki zəvvarlar üçün PCR testi İraq hava limanlarında aparılacaq və hər dəfə 60 min İraq dinarı alınacaq”
– deyə bəyanatın sonunda vurğulanır.

Mənbə: kerbela.info

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button