
Ukraynanın Odessa şəhərində əzəmətli bir məscidin inşası başlayır.
İslam.az Az.shafaqna.com-a istinadən xəbər verir ki, Günbəz və minarələri də sahib olacaq müsəlman ibadətgahının Balkovsk küçəsindəki yeri böyük tarixə sahibdir.
Rusiya imperiyası dönəmində burada Roma-katolik icmasına aid məktəb olub.
1930-cu illərdə bura SSRİ tərəfindən müsadirə edilərək uşaq bağçası kimi istifadə edilməyə başlayıb. Uzun illərdən sonra buranı geri alaraq bərpa etmək imkanı yaransa da, buranın əvvəlki kimi istifadəsi tələbi daha mövcud olmayıb.
Buna görə də məkan məscid və inzibati binanın inşası üçün müsəlmanlara verilib.