AzərbaycanXəbərlər

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sükutla əlaqədar ölkə ərazisində bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılıb.
Qeyd edək ki, bir il əvvəl bu gün Azərbaycan Ordusu torpaqlarımızın azad olunması uğrunda əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub. Vətən müharibəsi nəticəsində 2914 hərbi qulluqçumuz şəhid olub.

Bundan başqa, erməni silahlı birləşmələrinin Azərbaycanın müxtəlif ərazilərində dinc əhaliyə qarşı törətdiyi cinayətlər nəticəsində 94 mülki şəxs şəhid olub.

Dövlət başçısının sərəncamları ilə, sentyabrın 27-si ölkədə Anım Günü, noyabrın 8-i isə Zəfər Günü olaraq qeyd edilir.

Allah şəhidlərimizə rəhmət eləsin.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button