DünyaXəbərlər

Peyğəmbərin (s) karikaturasını çəkən yanaraq öldü

İslama düşmənçiliyi ilə tanınan və Məhəmməd (s) peyğəmbərin karikaturalarını çəkməklə bütün müsəlmanların, eləcə də dünyanın sağlam düşüncəli insanlarının qəzəbinə səbəb olan isveçli rəssam Lars Vilks avtomobil qəzası nəticəsində həlak olub.

İslam.az az.Shafaqna.com-a istinadla xəbər verir ki, Vilks və onu müşayiət edən iki polis nəfərinin olduğu avtomobil bazar günü İsveçin cənubundakı Krunoberq əyalətinin Markarid kəndi yaxınlığında yük maşını ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobil alışaraq yanıb.

75 yaşlı Vilkslə yanaşı onun mühafizəçiləri də hadisə yerində kül olublar, yük avtomobilinin sürücüsü isə ciddi xəsarət alıb.

Xatırladaq ki, Vilks Məhəmməd (s) peyğəmbərin karikaturası ilə 2007-ci ildə gündəmə gəlmişdi və özü barədə mənfi mənada söz etdirməyi bacarmışdı.

O zamandan İsveç hökumətinin qərarı ilə Vilks polis mühafizəsi altında yaşayırdı.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button