DünyaXəbərlər

Müsəlmanlar bir ay ərzində kanadalılara İslamdan danışacaqlar

Hər ilin oktyabr ərzində Kanada ənənəvi olaraq İslam tarixi aylığını qeyd edir.

İslam.az az.shafaqna.com-a istinadən xəbər verir ki, bu il tədbirdə əsas diqqət təcrübə mübadiləsi, həmçinin irqçilik və islamofobiyadan qurtulmaq üsullarına həsr ediləcək.

“Kanadada İslam tarixi aylığının (IHMC) məramı zəngin müsəlman irsi və müsəlmanların cəmiyyətin inkişafına verdikləri töhfələrlə digər kanadalılarla bölüşmək və onları məlumatlandırmaqdan ibarətdir”, – tədbirin saytında bildirilir.

İslam cəmiyyətləri bütün ölkə ərazisində informasiya sessiyaları, dərnəklər, sərgilər keçirəcək, yerli əhalini məscidlərə dəvət edəcək, mövzu ilə əlaqədar digər yığıncaqlar təşkil edəcəklər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button