AzərbaycanXəbərlər

Nüfuzlu beynəlxalq media platforması Naxçıvandakı dini məkanlardan yazıb

Nüfuzlu beynəlxalq media platforması Naxçıvanı dünyanın ən dayanıqlı bölgələrindən biri kimi təqdim edib.

Beynəlxalq onlayn media platforması olan www.eureporter.co saytında “Nakhchivan: One of the world’s most sustainable places” (“Naxçıvan: Dünyanın ən dayanıqlı yerlərindən biri”) adlı geniş məqalə dərc olunub.

Məqalədə Azərbaycanın muxtar respublikası olan Naxçıvanın həm tarixi, həm də ekoloji baxımdan diqqətçəkən xüsusiyyətlərinə geniş yer ayrılıb.

Məqalədə Naxçıvan memarlıq məktəbinin banisi, məşhur memar Əcəmi Naxçıvaninin əsərləri, o cümlədən Möminə Xatın türbəsi və Yusif Küseyir oğlu türbəsi haqqında da geniş məlumat yer alıb. Qeyd edilib ki, bu türbələr Şərq memarlığının inciləri olmaqla yanaşı, Azərbaycanın milli irsinin parlaq nümunələridir.

Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edildiyi xatırladılıb və şəhərdə yerləşən 6 min 500 nəfərlik tutuma malik Heydər Məscidi də bu mədəniyyətin təcəssümü kimi təqdim olunub.

Tarixi məkanlar arasında Culfa rayonunda yerləşən və “Naxçıvanın Machu Picchu”su adlandırılan Əlincə qalası da diqqət çəkir. Yerli əfsanələrdən biri isə Nuhun gəmisinin “İlandağ” zirvəsinə endiyi barədədir – dağın zirvəsindəki parçalanmanın gəminin izi olduğuna inanılır.

Daha çox göstər
Back to top button