AzərbaycanXəbərlər
Azərbaycanın İslam İnkişaf Bankından cəlb etdiyi borc 10 %-dən çox azalıb

Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 4,9 %-i və ya 245,4 milyon dolları İslam İnkişaf Bankından cəlb edilmiş öhdəliklərin payına düşüb.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % azdır.






