AzərbaycanXəbərlər

İƏT Mədəniyyət Festivalının tarixi dəyişib

“İƏT (İslam Əməkdaşlıq Təşkilatı) Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirinin keçirilmə tarixi dəyişdirilib.

Bildirilib ki, festival dekabrın 5-11-də keçiriləcək. Tarix dəyişikliyi tədbirin təşkilati və proqram baxımından daha səmərəli və genişmiqyaslı keçirilməsi məqsədilə aparılıb.

Festival çərçivəsində bir sıra ölkələrdən iştirakçıların qatılacağı mədəni proqramlar, sərgilər, musiqili çıxışlar və panel müzakirələr planlaşdırılır.

Xatırladaq ki, “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” Bakıda oktyabrın 6-12-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcəkdi.

Daha çox göstər
Back to top button