AzərbaycanXəbərlər

Leyla Əliyeva İbrahim Ailə Evini ziyarət edib

Leyla Əliyeva fevralın 5-də Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini (“The Abrahamic Family House”) ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva İbrahim Ailə Evi (“The Abrahamic Family House”) ilə tanış olub.

2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İbrahimin ailə evinin yaradıldığını elan edib. Bu unikal kompleks Əhməd Əl-Tayyib məscidini, Müqəddəs Fransisk kilsəsini və Musa bin Maymon sinaqoqunu eyni məkanda birləşdirir. Dini ibadətgahlarla yanaşı, burada ziyarətçilərin müxtəlif dinlərlə daha yaxından tanış ola biləcəkləri təhsil mərkəzi də fəaliyyət göstərir.

Daha çox göstər
Back to top button