AzərbaycanXəbərlər

İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında ticarət və ətraf mühit əməkdaşlığı diqqət mərkəzində olub

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində İqtisadi məsələlər və ətraf mühit üzrə ixtisaslaşdırılmış daimi komitənin 12-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclas Milli Məclisin deputatı Tahir Mirkişilinin moderatorluğu ilə baş tutub.

Gündəliyə əsasən, iclasda İƏT-ə üzv dövlətlər arasında ticarət mübadiləsinin artırılması və gömrük maneələrinin azaldılması, üzv dövlətlər arasında su ehtiyatlarının qorunması sahəsində əməkdaşlıq, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunub.

Müzakirələr zamanı üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinin, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasının və iqlim çağırışlarına qarşı ortaq yanaşmaların formalaşdırılmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, ətraf mühitin qorunması, su təhlükəsizliyi və yaşıl iqtisadiyyatın təşviqi istiqamətində əməkdaşlığın genişləndirilməsi üzv ölkələrin qarşısında duran əsas prioritetlərdəndir.

Daha çox göstər
Back to top button