Dünyanın vəfasızlığı haqda

/ Cümə axşamı, 06 Oktyabr 2011 12:27
Dünyanın vəfasızlığı haqda

Məhəmməd Haşimi adlı bir nəfərdən rəvayət edirlər: Qurban bayramı günü anamın yanına gedib gördüm ki, köhnə əyin-başlı bir qarı ilə söhbət edir. Anam onu mənə göstərib dedi: "Bilirsənmi bu, kimdir?"Dünyanın vəfasızlığı haqda
" Bu, Cəfər Bərməkinin anasıdır» (Xəlifə Harun ər Rəşidin vəziri olub, sonradan Harun onu edam etdirib). Mən qarını dindirdim, xeyli söhbət etdik. Soruşdum: «Bu dünyanın qəribə işlərindən yadında nə qalıb?». Cavab verdi: «Oğlum, vaxt var idi ki, elə bu Qurban bayramı günündə 400 kəniz mənə xidmət edirdi. Mən isə onların azlığından hey şikayət edib deyirdim ki, oğlum Cəfər mənə yaxşı baxmır. Yenə Qurban bayramı günüdür. Amma indi iki qoyun dərisinin arzusundayam ki, yatanda birini döşək kimi altıma sərim, o birini yorğan əvəzinə üstümə çəkim».

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.