Islam tarixindən hikmətli sözlər (10-cu hissə)

/ Çərşənbə, 26 Oktyabr 2011 13:15
Islam tarixindən hikmətli sözlər (10-cu hissə)

Hökmdar ariflərin biri üçün ceyran əti göndərib tapşırır ki, ona desinlər: «Bu əti arxayınçılıqla yeyə bilərsən, dəqiq halaldır. Çünki bu ceyranı atamdan miras qalan atın belində qovub, öz əlimlə düzəltdiyim oxla vurmuşam».

Arif hökmdara cavab yollayır: «Vaxtilə sənin atan mənim ustadıma iki quş əti göndərib demişdi ki, onları öz şahin quşumla ovlamışam; halal ət odluğuna görə yeyə bilərsən. Ustadım isə söylədi ki, əsas məsələ bu quşlarda yox, onları ovlayan şahindədir. Görəsən, həmin şahin sənin rəiyyətin olan hansı köməksiz qarının cücələrini yeyib böyüyüb? İndi mən də bilmirəm ki, atandan sənə miras qalmış at hansı məzlumun sahəsini tapdalayıb, əkinini yeyib?!».

Cəməl savaşı başa çatdıqdan sonra Həzrət Əlinin (ə) qoşununda olan əsgərlərdən biri ona dedi: «Kaş qardaşım da indi burada olaydı, sənin öz düşmənlərin üzərində qazandığın qələbəni seyr edəydi!».
İmam ondan soruşdu: «Qardaşın bizimlə eyni əqidədədirmi?». Cavab verdi: «Bəli». İmam buyurdu: «Elə isə, o da bizimlə birlikdə buraradır. Nəinki təkcə o, hətta indi atalarının sülbündə və analarının bətnində olan, bir az sonra dünyaya gəlib, dini qüvvətləndirəcək şəxslər də bu qələbədə əsgərlərlə şərikdirlər».

Miqdad ibn Əsvəd bir gün Əbu Hüreyrədən bu hədisi eşitdi: «Bir saatlıq düşüncə bir illik ibadətdən üstündür». Sonra Miqdad Abdullah ibn Abbasın yanına getdi və həmin hədisi ondan fərqli şəkildə eşitdi: «Bir saatlıq düşüncə 7 illik ibadətdən üstündür». Daha sonra o, başqa bir səhabənin həmin hədisi belə rəvayət etdiyinin şahidi oldu: «Bir saatlıq düşüncə 70 illik ibadətdən üstündür».
Miqdad rəvayətlər arasındakı fərqi aydınlaşdırmaqçün Peyğəmbərin hüzuruna gəldi. Peyğəmbər onu dinlədikdən sonra buyurdu: «O üç nəfərin hər biri düz danışır».
Sonra hər üç rəvayətçini yanına çağırdı.
Üzünü Əbu Hüreyrəyə tutub soruşdu: «Sən nə barədə fikirləşirsən?». Əbu Hüreyrə cavab verdi: «Göylərin və yerin yaranmasının sirrləri barədə». Peyğəmbər buyurdu: «Sənin bir saat fikirləşməyin bir illik ibadətdən yaxşıdır». Sonra İbn Abbasdan soruşdu: «Bəs sən nə barədə düşünürsən?». İbn Abbas cavab verdi: «Ölüm və qiyamət günü barədə». Həzrət buyurdu: «Sənin bir saatlıq düşüncən 7 illik ibadətdən əfzəldir». Üçüncü səhabə eyni suala belə cavab verdi: «Mən cəhənnəm atəşinin dəhşəti barədə düşünürəm». Həzrət Rəsulüllah ona dedi: «Sənin bir saat düşünməyin isə 70 illik ibadətdən üstündür».

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); up">