Vilayət qapısında 20 il ehtiramla əyilmiş başın aqibəti

/ Bazar, 19 Fevral 2012 14:46
Vilayət qapısında 20 il ehtiramla əyilmiş başın aqibəti

Məşhur sufi Mə’ruf Kərxinin valideynləri xristian idi, özü İmam Rzanın (ə) hidayəti ilə İslama gəlmiş və o zamandan İmamın xidmətində duraraq, evinin qapıçısı olmuşdu.

Bir gün Məruf dənizçilərin dənizdə tez-tez qopan dəhşətli fırtınalardan şikayət etdiklərini eşidir. Onlara deyir ki, fırtınayə düşəndə, dənizi mənim başıma and verin, sakitləşər.
Dənizçilər bu sözə əməl edirlər. Həqiqətən, Mə’rufun başına and verən kimi fırtına yatır.
İmam Rza (ə) bu xəbəri eşidəndə, Mə’rufdan soruşur: «Buna necə nail olmusan?». Cavab verir: «Məgər sizin vilayət qapınızın astanasında 20 il ehtiramla əyilmiş başın Allah yanında bu qədər qiyməti yoxdurmu?».

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.