İmam Rza (ə) Məmuna necə dərs verdi

/ Cümə, 20 Aprel 2012 14:52
İmam Rza (ə) Məmuna necə dərs verdi

İmam Baqir əleyhissalam buyurur: Allaha and olsun, Allah-taala camaatdan iki xislətdən başqa heç nə istəməmişdir: Onun ne`mətlərini iqrar etsinlər, nəticədə Allah o ne`mətləri artırsın və günahlarını e`tiraf etsinlər, nəticədə Allah onları bağışlasın.

Bir dəfə Abbasi xəlifəsi Mə’mun ağır xəstələnir. Nəzr edir ki, sağalan kimi ehtiyacı olanlara çoxlu mal-dövlət sədəqə versin; amma sədəqənin miqdarını müəyyən etmir.Sağalandan sonra xəlifə vəzirləri və alimləri toplayıb, nə qədər sədəqə verməli olduğunu soruşur. Hərə bir cavab verir. Kimisi «çoxlu» sözünün mənasının 10.000 dinar, kimisi də 100.000 dinar olduğunu söyləyir. Mə’mun məsələni İmam Rzadan (ə) soruşur. İmam cavab verir ki, 83 dinar məbləğində sədəqə versən, kifayət edər.Məclisdəki alimlər səbəbini soruşanda, İmam Rza (ə) buyurur: «Qur’ani-kərimdə Allah-təala peyğəmbərə və onun səhabələrinə buyurub: «Allah sizə çox yerlərdə, həmçinin, Hüneyn günündə kömək etdi» («Tövbə», 25). Məlumdur ki, Peyğəmbərin sağlığında müsəlmanlar cəmi 83 savaşda iştirak etmişdilər. Deməli, ayədəki «çox» (ərəbcə kəsir) sözünün mənası 83-dür».Alimlər hamılıqla İmamın sözünün düz-günlüyünü təsdiq edirlər. Mə’mun 83 dinar pulu kasıblara paylayır

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.