Halal yolla qazanacağını haram yolla əldə edən

/ Çərşənbə, 17 Oktyabr 2012 18:17
Halal yolla qazanacağını haram yolla əldə edən

Bir gün Imam Əli (ə) namaz qılmaq üçün Kufə məscidinə gəlmişdi. Məscidin qabağına çatanda dəvəsindən düşdü, ətrafına baxıb kasıb qiyafəli bir adam gördü. Onu yanına çağırdı, tapşırdı ki, namazını qılıb çıxana kimi dəvəyə baxsın.

Ürəyində də fikirləşdi ki, çıxanda bu adama 2 dirhəm verərəm.

Imam namazını qılıb məsciddən çıxanda gördü ki, dəvə bir küncdə nəzarətsiz dayanıb, yanında heç kim yoxdur. Dəvənin boynunda ovsar da yoxa çıxmışdı. (Atı yüyənlədikləri kimi, dəvəni də ovsarlayarlar. Ovsardan tutanda dəvəni idarə etmək asan olur). Həzrət Əli (ə) və yanındakılar başa düşdülər ki, o adam dəvənin ovsarını oğurlayıb qaçıb.

Imam bir nəfərə 2 dirhəm pul verib bazara göndərdi ki, ordan ucuz bir ovsar alıb gətirsin. Həmin adam 2 dirhəmə ovsar alıb gətirdi. Bazardan alınan ovsara baxanda gördülər ki, bu elə Imamın dəvəsinin öz ovsarıdır. Sən demə oğru dərhal bazara gedib osvarı satıbmış.
Imam halını pozmadan buyurdu: “Mən heç nə itirmədim. Onsuz da osvara verdiyim pulu həmin adama dəvəmə baxdığına görə vermək istəyirdim. Uduzan o özü oldu. Halal yolla qazana biləcəyi pulu haram yolla əldə edib günah qazandı”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.