İmam Cəfər Sadiq (ə) buyurub: “Bir şəxs evdən çıxan zaman 10 dəfə “İxlas” surəsini oxuyarsa, evə qayıdana qədər Allahın pənahında olar”.
İmam Məhəmməd Baqir (ə) buyurub: “Bir şəxs evdən çıxan zaman “Bismillah” desə, iki mələk onu istiqamətləndirər. Əgər desə ki, “La hovla və la qüvvətə illa billah” (Tərcüməsi: Allahdan başqa güc və qüvvət sahibi yoxdur)”, o iki mələk onu qoruyar. Əgər “Təvəkkəltu ələllah” (Tərcüməsi: Allaha təvəkkül edirəm) desə, həmin iki mələk ona zamin olar. Şeytan bu zaman deyər: “Mən bu cür şəxsə nə edə bilərəm?”.