Rəsuli-əkrəm (s) buyurub: "Allah-taala bir ümmətə qəzəblənərkən hələ əzab nazil etmədiyi zaman o ümmət içərisində bahalıq yaranar. İnsanların ömürləri qısalar, ümmətin tacirləri qazanc əldə etməz, meyvələri təmiz və bol olmaz, suları artmaz, quraqlıq yaranar, şər və pis adamlar onlara hakim kəsilər. (Hədisin xülasəsi budur ki, ağır əzab o ümmətə nazil olmasa, günah səbəbi ilə yeddi bəlaya düçar olarlar)".
("Xisal", /2/360).