İmam Sadiqdən (ə) soruşdular: «Dua edirik, amma müstəcab olmur.
Səbəbi nədir?». İmam cavab verdi: «Ona görə ki, çağırdığınızı (yəni Allahı) tanımırsınız».
Məşhur sufi İbrahim Ədhəmə də eyni sualı vermişdilər. İbrahimin cavab belə oldu: «Ona görə dualarınız müstəcab olmur ki, Allah da sizi çağıranda, icabət etmirsiniz» (yəni Allah sizi xeyir əməllərə doğru çağırıb, pis işlərdən çəkindirəndə, qulaq asmırsınız).