Islam tarixindən hikmətli sözlər (50-ci hissə)

/ Çərşənbə, 22 Fevral 2012 13:22
Islam tarixindən hikmətli sözlər (50-ci hissə)

Səhl Xorasani adlı səhabə İmam Sadiqə (ə) müraciətlə belə dedi: «Niyə haqlı olduğunuz halda, qiyam qaldırmırsınız? Halbuki, yüz min tərəfdarınız sizin əmrinizi gözləyir ki, qılınclarını sıyırıb, düşmənlərinizlə savaşsınlar».

İmam Səhlin sözlərinin səhv olduğunu göstərmək üçün əmr verdi ki, təndir qalasınlar. Sonra Səhlə xitabən buyurdu: «Qalx, təndirin içinə gir». Səhl qorxuya düşüb dedi: «Ey mənim ağam, sözlərimi geri götürürəm. Mən yanan təndirin içinə necə girim?!».

Bu zaman İmamın nökərlərindən Harun Məkki adlı birisi otağa daxil oldu. İmam üzünü Haruna tutub buyurdu:
«Ayaqqabılarını çıxar, təndirin içinə gir». Nökər heç bir söz demədən, ayaqqabılarını soyundi və təndirin içində oturdu.

Az sonra İmam Səhlə dedi ki, təndirə yaxınlaşıb içinə baxsın. Səhl baxıb gördü ki, nökər təndirin içində diz üstə çöküb, sağ-salamatdır və ona zərrəcə ziyan dəyməyib.
İmam Sadiq (ə) Səhldən soruşdu: «Xorasanda neçə nəfər bu cür tərəfdarımız var?». Səhl cavab verdi: «Vallahi, heç bircə nəfər də yoxdur». İmam buyurdu: «Heç olmazsa, beş nəfər belə tərəfdarım olmayınca, qiyam edən deyiləm. Mən hərəkətə başlamağın vaxtını yaxşı bilirəm».

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.