İmam Sadiqdən (ə) rəvayət edirlər ki, Həzrət Əli (ə) bir gün əyilmiş və uçulmaq halında olan divarın altında oturub qəzavət edirdi.
Ona dedilər: «Bu divarın altında oturma, uçulmaq üzrədir». Əli (ə) belə cavab verdi: «Kişini qoruyan onun öz əcəlidir». İmam işini bitirib, yerindən qalxan kimi divar uçuldu.
İmam Sadiq (ə) bu əhvalatı nəql edəndən sonra buyurdu: «Əmirül-mömininin belə işləri çox idi və bu, onun yəqinindən irəli gəlirdi».