İmam Sadiq əleyhissalam buyurur: Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.)
Biharul-ənvar /70/25.
Hikmətli sözlər (77-ci hissə)
İmam Sadiq əleyhissalam buyurur: Bizim həqiqi tərəfdarlarımız o şəxslərdir ki, xəlvətdə olarkən Allahı çox-çox yad edərlər (yə`ni günaha batmağa heç bir maneə olmadıqda Allahı yad etmək onun günah etməsinin qarşısını alır).
Biharul-ənvar /93/162.