Islam tarixindən hikmətli sözlər (62-ci hissə)

/ Bazar, 25 Mart 2012 17:12
Islam tarixindən hikmətli sözlər (62-ci hissə)

Bir nəfər bahalı geyimdə təkəbbürlə gəzib, özünü göstərirdi.
Allah dostlarından biri onu seyr edib deyir:
- Allahın bəyənmədiyi yerişlə yeriyirsən.
Həmin adam hikkə ilə söyləyir:
- Deyəsən, sən məni tanımadın!
Övliya acı istehza ilə cavab verir:
- Niyə tanımadım, lap yaxşı tanıdım. Əvvəlin murdar olan məni (sperma), sonun murdar olan leşdir. Bu iki hal arasında da bütün ömrün boyu qarnında murdarlıqlar (yəni nəcasət) gəzdirirsən! Gördünmü, sənin kimliyini necə yaxşı bilirəm!


İki qurbağa dərin çuxura düşmüşdü. Nə qədər çalışsalar da, çıxa bilmirdilər. Dostları çuxurun başına toplaşıb, onların xilas olmaq üçün göstərdiyi səyləri seyr edir və yerbəyerdən deyirdilər: «Əbəs yerə özünüzü yor-mayın, taleyinizlə barışın. Onsuz da bu dərin çuxurdan çıxa bilməyəcəksiniz. Görünür, sizin də əcəliniz burda tamam olacaqmış».
İki qurbağadan biri bu sözlər qarşısında təslim olub sakitləşdi. O birisi isə durmadan çalışır və xilas olmağa can atırdı. Axırda qüvvətli bir sıçrayışla özünü çuxurdan kənara ata bildi. Bilirsinizmi, bu qurbağa niyə xilas olmağı bacardı? Çünki o, kar idi və dostlarının ümidsizlik dolu sözlərini eşitmirdi

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.