Islam tarixindən hikmətli sözlər (66-cı hissə)

/ Çərşənbə, 04 Aprel 2012 17:14
Islam tarixindən hikmətli sözlər (66-cı hissə)

İki böyük sufi - Şəqiq Bəlxi və İbrahim Ədhəm rastlaşırlar.Şəqiq İbrahimdən soruşur: «Ey İbrahim, gün-güzəranın necə keçir?». İbrahim ibn Ədhəm cavab verir: «Ruzi tapanda şükr edir, tapmayanda səbr edirəm». Şəqiq Bəlxi gülüb deyir: «Bəlx köpəkləri də belədir. Onlara sümük atanda quyruq bulayıb təşəkkür edirlər, yemək tapmayanda dözürlər». İbrahim təəccüblə soruşur: «Bəs sən nə edirsən?». Şəqiq söyləyir: «Mən ruzi tapanda başqalarına paylayıram, tapmayanda şükr edirəm».

Bir gün Harun ər-Rəşid Bəhlul Danəndəni öz tərəfinə çəkmək məqsədilə onun üçün ləzzətli xörək göndərir. Xidmətçi yeməklə dolu sinini gətirib Bəhlulun qarşısında yerə qoyur. Bəhlul isə xörəyə fikir vermədən, əli ilə divar dibində oynayan itləri göstərib deyir: «Xörəyi tök itlərin qabağına, qoy yesinlər». Xidmətçi dəhşət içində qışqırır: «Nə danışırsan?! Xəlifə sənin üçün yemək göndərib, sən isə onu itlərə yedirmək istəyirsən?! Sənin yerinə hər kim olsaydı, sevincindən qanad açıb uçardı». Bəhlul tez xidmətçini sakitləşdirib deyir: «Sus, itlər eşitməsin. Əgər yeməyin xəlifə tərəfindən göndərildiyini bilsələr, onlar da yeməzlər!».

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.