Islam tarixindən hikmətli sözlər (67-ci hissə)

/ Çərşənbə, 04 Aprel 2012 17:20
Islam tarixindən hikmətli sözlər (67-ci hissə)

Böyük arif Abdullah ibn Mübarək həcc ziyarətinə getmək məqsədilə səfərə çıxır.

Yolda görür ki, bir qadın ölü quş cəmdəyini yuyub pak etməklə məşğuldur. Abdullah qadına yaxınlaşıb, nə etdiyini soruşur. Qadın cavab verir: «Həyat yoldaşım vəfat edib, dörd qız uşağı ilə qalmışam. Artıq dörd gündür ki, dilimizə yemək dəyməyib. Ona görə məcbur olub bu ölü quşu yuyuram ki, bişirib balalarıma yedirdim». Abdullah qadının sözlərini eşitcək, həcc ziyarəti üçün topladığı pulları ona verib evə dönür.
Həcc mövsümü başa çatır və hacılar öz vətənlərinə qayıdırlar
Abdullahın yaşadığı şəhərdən Məkkəyə gedənlər də geri dönürlər. Onların hər biri Abdullahla elə danışır ki, sanki Abdullah da onlarla birlikdə ziyarətdə olubmuş. Hacılar iddia edirlər ki, onu həcc zamanı görüblər.
Gecə Abdullah ibn Mübarək Həzrət Mühəmməd Peyğəmbəri (s) yuxuda görür. Peyğəmbər ona xitabən buyurur: «Ey Abdullah, sən mənim övladlarımdan bir neçəsini (yəni bir neçə nəfər seyyidi) acından ölməkdən xilas etdin. Əvəzində mən sənin qiyafəndə bir mələk xəlq etməsini və hər il sənin əvəzinə həcc ziyarətini yerinə yetirməsini Allahdan xahiş etdim. Həmin mələyin ziyarətinin savabı sənə yazılacaq».

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.