Hikmətli sözlər (71-ci hissə)

/ Çərşənbə axşamı, 10 Aprel 2012 17:21
Hikmətli sözlər (71-ci hissə)

Xətib Bağdadi vəsiyyət etmişdi ki, onu məşhur sufi Bişr Hafinin qəbrinin yanında basdırsınlar.
Lakin Bişr Hafinin məzarının yanında bircə nəfərlik boş yer var idi, burda da Bağdad sufilərindən biri özü üçün qəbir qazdırmışdı. O, hər həftə qəbrin içinə girib uzanır və Quran oxuyurdu.
Xətib Bağdadi vəfat edəndən sonra camaat həmin sufinin yanına gəlib, öz qəbrini Xətibin cənazəsinə güzəştə getməyi xahiş edirlər. Lakin sufi bu xahişi qətiyyətlə rədd edir.
Sufinin təriqət şeyxi məsələdən xəbər tutanda onu yanına çağırıb deyir: «De görüm, əgər Bişr Hafi sağ olsaydı və sən də onun yanında oturmuş olsaydın, bu halda Xətib otağa girsəydi, sən öz yerində oturmuş halda qalardın, yoxsa durub öz yerini ona verərdin?». Sufi cavab verir: «Əlbəttə, öz yerimi ona verərdim. Çünki bu yerə o, məndən daha layiqdir». Şeyx susur.
Sufi şeyxin sözündəki incə mənanı anlayıb dərhal camaatın yanına gəlir və öz məzarını Xətibə bağışladığını elan edir.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.