Hikmətli sözlər (104-cü hissə)

/ Şənbə, 16 İyun 2012 17:27
Hikmətli sözlər (104-cü hissə)
Rəsuli-əkrəm (s) buyurur:  Ya Əli, xoş o kəsin halına ki, Allah-taala ona nəzər sala və o da Allahdan başqa heç kəsin xəbərdar olmadığı günahları üçün ağlaya.
(Hədislərdə tövsiyə olunmuşdur ki, insan öz günahlarını başqalarına deməsin və onları yalnız Allah dərgahında e`tiraf etməklə Ondan bağışlanmaq diləsin



Rəsuli-əkrəm (s) buyurur:  Həqiqətən Allah-taala hər gecə dünya asimanına, gecənin son üçdə bir hissəsində, cümə gecəsi isə gecənin əvvəlində bir mələk nazil edib əmr edir ki, nida edib desin:  Bir şey istəyən varmı ki, istədiyi şeyi əta edəm? Bir tövbə edən varmı ki, Mən onun tövbəsini qəbul edəm? Günahlarının bağışlanmasını istəyən bir şəxs varmı ki, Mən onun günahlarını bağışlayam?
(Cümə gecələrinin yuxusu Həsrət yuxusu adlandırılıb. Çünki qiyamət günü cümə gecələrini yatıb yuxuya qalanlar həddindən artıq təəssüflənərlər.) 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.