Hikmətli sözlər (109-cu hissə)

/ Cümə, 29 İyun 2012 12:06
Hikmətli sözlər (109-cu hissə)
 

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Nə qədər ki, mənim ümmətim əmr be mə`ruf, nəhy əz münkər edib yaxşı və təqvalı işlərdə əlbir olsalar səadətdə və xoşbəxtlikdə yaşayacaqlar. Amma əgər bu işləri tərk etsələr xeyir-bərəkət aralarından gedər.

 

 

 

Rəsuli-əkrəm (s) buyurur:  Mənim ümmətim əmr be mə`ruf və nəhy əz münkərdə səhlənkarlıq edib bu mühüm vəzifəni yerinə yetirməyi bir-birinə həvalə etsələr, bilsinlər ki, Allah ilə müharibəyə qalxmışlar.

Rəsuli-əkrəm (s) buyurur:  Hər kəs yaramaz bir iş baş verdiyini görən zaman bacarırsa əli ilə onun qarşısını almalı və əgər bacarmırsa dili ilə bu işə mane olmalı və əgər buna da qadir deyilsə  qəlbən e`tirazını bildirməlidir.

İmam Əli əleyhissalam oğlanları imam Həsən və Hüseyn əleyhiməssalama vəsiyyətində (məl`un ibni Mülcəm tərəfindən zərbətləndikdən sonra) buyurur:  Allah-Allah (sizi and verirəm Allaha)... Əmr be mə`ruf və nəhy əz münkəri tərk etməyin, əks təqdirdə ümmətin ən şər insanları sizə hakim kəsilər və o zaman dua edərsiniz, amma qəbul olunmaz.

İmam Baqir əleyhissalam buyurur:  Həqiqətən yaxşı işlərə çağırış və pis işlərin qarşısını almaq peyğəmbərlərin, saleh şəxslərin yoludur. Bu əzəmətli bir vacib əməldir ki, onunla vacib işlər bərqərar olunar, sair e`tiqad üsulları amanda qalar, onun vasitəsilə kəsblər, qazanclar halallıq tapar, zülmlər aradan gedər və yer üzü ədalətlə abad olar.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.