Hikmətli sözlər (110-cu hissə)

/ Bazar ertəsi, 02 İyul 2012 12:07
Hikmətli sözlər (110-cu hissə)
Ənəs ibni Malik deyir:  Rəsuli-əkrəm (s) buyurdu:  Məndən altı şeyi qəbul edin, cənnət üçün sizə zamin olum…

1. Danışanda yalan deməyin;

2. Verdiyiniz və`dələrə xilaf çıxmayın;

 

3. Əgər sizə əmanət versələr, ona xəyanət etməyin;

4. Öz gözlərinizi haramdan saxlayın;

5. Öz cinsiyyət üzvlərinizi haramdan qoruyun;

6. Əllərinizi və dilinizi yaramaz işlərdən qoruyun.

 

 

Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Ən pis adam odur ki, camaatın eyblərini axtarsın, amma öz eyblərini görməsin.

 

 

İmam Baqir əleyhissalam buyurur:  Həqiqətən Allah-taala şər əməllər üçün müxtəlif qıfıllar qoymuşdur, o qıfılların açarları isə şərabdır. Amma yalan danışmaq şərabdan da şiddətlidir, pisdir.

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.