Hikmətli sözlər (111-ci hissə)

/ Çərşənbə, 04 İyul 2012 12:10
Hikmətli sözlər (111-ci hissə)
Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər insan öz dostunun, yoldaşının dininin tə`siri altında olur, ona görə də kimlərlə dostluq etməyinizdə diqqətli olun.

 

İmam Əli əleyhissalam buyurdu:  Həqiqətən müsəlman şəxsin üç dostu var.

1. Bir dost da deyir ki, mən səninlə ölənə qədər dostam. Bu onun sərvəti, malıdır ki, ölən kimi varislərin ixtiyarına keçir.

2. Bir dost da deyir ki, mən qəbrə qədər səninləyəm, orada səni tərk edəcəyəm. O da onun övladlarıdır.

3. Onlardan biri isə deyir ki, mən həm sağlığında, həm də öləndən sonra səninlə dostam. O dost hər bir şəxsin öz əməlidir.

(Yəni, insanla birgə o biri dünyaya  yalnız imanı və əməlləri gedəcək)

 

 

İmam Sadiq əleyhissalam buyurur:  Düz işlər görən və düz danışan şəxslərlə dostluq et və sə`y et ki, onlardan çoxlu mə`rifət kəsb edəsən. Çünki onlar sənin rifahda yaşadığın vaxtlarda arxan, müsibət baş verdikdə isə köməklərindir.

 

İmam Sadiq əleyhissalam buyurur:  Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki, eyblərimi mənə hədiyyə etsin, desin.

 

İmam Əli ibni Hüseyn əleyhissalam oğluna dedi:  Ey oğul, beş cür insanlarla yoldaşlıq etmə, onlarla danışma və onlarla yol getmə.

İmam Baqir əleyhissalam soruşdu:  Atacan, onlar kimlərdir?.

Həzrət buyurdu:

1. Yalançılarla yoldaşlıq etmə, çünki onlar ilğım kimidir, yaxını uzaq, uzağı isə yaxın göstərər.

2. Fasiq (günahkar) şəxslərlə yoldaşlıq etmə, çünki onlar səni bir tikə çörəyə, yaxud ondan da az qiymətə satar.

3. Paxıllarla yoldaş olma, çünki ehtiyaclı olduğun vaxtda səni maldan məhrum edər.

4. Axmaq şəxslərlə yoldaş olma, çünki o sənə xeyir çatdırmaq istəyər, amma nadanlıq ucbatından zərər yetirər.

5. Qohum-əqrəbası ilə əlaqələrini kəsən bir şəxslə yoldaşlıq etmə, çünki mən Allahın kitabında onu üç yerdə lə`nətlənmiş gördüm.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.