Hikmətli sözlər (112-ci hissə)

/ Cümə, 06 İyul 2012 12:11
Hikmətli sözlər (112-ci hissə)
Rəsuli-əkrəm (s) buyurur:  Me`rac gecəsində Allah-taaladan xitab gəldi:  Ey Əhməd, Mənim məhəbbətim kasıbları və fəqirləri sevməkdir. Belə isə fəqirləri özünüzə yaxınlaşdırın, onlara öz yanınızda yer verin ki, Mən də sizə yaxın olum.

 

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kəs bir möminə kömək etsə, Allah onun yetmiş üç çətinliyini aradan qaldırar. Onlardan biri dünyada, yerdə qalan yetmiş ikisi isə böyük çətinliklər günündədir. Sonra buyurdu:  Hər kəs yalnız öz halına məsul olan zaman (yəni hər kəs öz əməlinin giriftarı olduğu qiyamət günü).

 

 

Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Xalq (insanlar) Allahın əyalıdır (çörək yeyənləridir) Allah bəndələri içərisində Onun dərgahına ən sevimli şəxs Allahın çörək yeyənlərinə fayda verən və hər hansı ev əhlinə şadlıq bağışlayandır.

 

 

İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Mal-dövlətin, sərvətin aradan getməsinin səbəbi möhtaclara e`tinasız yanaşmaqdadır.

 

 

İmam Hüseyn əleyhissalam buyurur:  Həqiqətən insanların sizə olan ehtiyacı Allah-taalanın sizə əta etdiyi nemətlərdəndir. Belə isə bu nemətlərdən yorulmayın (ehtiyacı olanların ehtiyacını təmin edin).

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.