Hikmətli sözlər (113-cü hissə)

/ Bazar, 08 İyul 2012 14:00
Hikmətli sözlər (113-cü hissə)
 

Rəsuli-əkrəm (s) buyurur:  Sədəqə öz sahibinin əlindən çıxan zaman (yəni kasıblara verilərkən) ona deyər:  Fani idim, mənə varlıq bağışladın, kiçik idim, məni böyütdün, düşmən idim, məni dost etdin, indiyə qədər sən məni qoruyurdun, indi isə qiyamətə qədər mən səni qoruyacağam.

 

 

 

İmam Əmirəl-möminin Əli əleyhissalam buyurur:  Həqiqətən Allah-taala fəqir və kasıbların ehtiyaclarını, xərclərini varlıların sərvətində qoymuşdur. Deməli, bir fəqir ac qalarsa, bu hansısa bir sərvətlinin onun haqqını verməkdən imtina etməsi səbəbi ilə olmuşdur.

 

Rəsuli-əkrəm (s) buyurur:  Sədəqə verin və öz xəstələrinizi sədəqə vasitəsilə müalicə edin. Çünki sədəqə xoşa gəlməz hadisələri və xəstəlikləri dəf edir, ömrün uzanmasına, mal-dövlətin artmasına səbəb olur.

 

Tavus ibni Yəman deyir:  Əli ibni Hüseyn əleyhissalam buyurdu:  Mö`minin beş nişanəsi vardır. Dedim:  Hansılardır, ey Peyğəmbər övladı?  Buyurdu:  Xəlvətdə təqvalı olmaq, mal-dövləti az olarkən sədəqə vermək, müsibət baş verərkən səbr etmək, qəzəblənərkən həlim olmaq və qorxarkən düz danışmaq.

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.