Hikmətli sözlər (114-cü hissə)

/ Çərşənbə axşamı, 10 İyul 2012 14:02
Hikmətli sözlər (114-cü hissə)
Allahın Rəsulu (s) buyurur:  Tövratda belə yazılmışdır ki, Allah buyurur:  Mən qatillərin qatili, zina edənləri fəqir və pərişan edən Allaham!

 

Rəsuli-əkrəm (s) buyurur:  Allahın razılığı valideynin razılığı, qəzəbi də valideynin qəzəbi ilədir.

 

İmam Sadiq əleyhissalam buyurur:  Hər kəs Allah-taalanın onun ölüm anlarındakı çətinliklərini asanlaşdırmasını istəyirsə, qohum-əqrəbası ilə sıx əlaqədə olsun, valideyninə yaxşılıq eləsin. Əgər belə edərsə, Allah-taala o şəxsin ölüm anlarını asanlaşdırar və həyatında heç vaxt fəqirliklə qarşılaşmaz.

 

İmam Sadiq əleyhissalam buyurur:  Öz valideynlərinizə yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər camaatın namusuna toxunmayın ki, sizin də qadınlarınız iffətli olsunlar.

 

İmam Sadiq əleyhissalam buyurur:  Ən fəzilətli əməllər, namazın vaxtında qılınması, valideynə yaxşılıq və Allah yolunda cihad etməkdir.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.