Hikmətli sözlər (117-ci hissə)

/ Çərşənbə axşamı, 31 İyul 2012 14:10
Hikmətli sözlər (117-ci hissə)
Rəsuli-əkrəm (s.) buyurur:  Ölüm mələyi (Əzrail əleyhissalam) hər gecə nida edib deyir:  Ey qəbr əhli, bu gün kim üçün və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?!

 

Ölülər cavabında deyərlər:  Biz mö`minlərə qibtə edirik ki, məscidlərində namaz qılırlar, biz isə qılmırıq. Onlar zəkat verirlər, biz isə vermirik. Onlar Ramazan ayında oruc tuturlar, biz isə oruc tutmuruq. Onlar sədəqə verir, biz isə sədəqə vermirik. Onlar Allahı çox yad edirlər, biz isə yad etmirik. Əfsuslar olsun, dünya evində bizim əldən verdiklərimizə!

 

Rəsuli-əkrəm (s.) buyurur:  “Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı kimi)”.

 

 

İmam Məhəmməd Baqir əleyhissalam buyurur:  Hər kəs on xislətlə Rəbbinə qovuşarsa cənnətə daxil olar:  Allahdan başqa heç bir mə`bud olmadığına və həzrəti Məhəmmədin Onun Rəsulu olduğuna şəhadət vermək, o Həzrətin Allah tərəfindən gətirdiklərini iqrar (təsdiq) etmək, namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allah evinin ziyarətinə — həccə getmək, Allah vəlilərinin vilayətini iqrar etmək, Allah düşmənlərindən uzaq olmaq və bütün məstedici şeylərdən çəkinmək.

 

İmam Sadiq əleyhissalam buyurur:  Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.)

 

İmam Baqir əleyhissalam buyurur:  Allaha and olsun, Allah-taala camaatdan iki xislətdən başqa heç nə istəməmişdir:  Onun ne`mətlərini iqrar etsinlər, nəticədə Allah o ne`mətləri artırsın və günahlarını e`tiraf etsinlər, nəticədə Allah onları bağışlasın

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.