Hikmətli sözlər (118-ci hissə)

/ Şənbə, 04 Avqust 2012 14:13
Hikmətli sözlər (118-ci hissə)

 

Bir kişi Peyğəmbəri-əkrəmdən (s) behiştdən uzaq düşməməsi üçün ona bir şey öyrətməsini istədi.

Həzrət buyurdu:  1. Qəzəblənmə; 2. Xalqdan istəmə (yə`ni hər bir şeyi Xaliqdən istə); 3. Özün üçün istədiyini xalq üçün də istə (yə`ni özünə rəva bilmədiyini xalqa rəva bilmə).

 

 

Peyğəmbəri-əkrəm (s) buyurur:  Qəzəb imanı, sirkə balı xarab etdiyi tək zay edər.

 

 

İmam Sadiq əleyhissalam buyurur:  Qəzəb hikmət sahiblərinin qəlbinin hikmətini yox edər (elə buna görə də onda hikmət əvəzinə səfehlik müşahidə olunar) və buyurdu:  Hər kim qəzəbinə sahib olmasa (qəzəbini cilovlaya bilməsə) ağlına da sahib ola bilməz.

 

 

İmam Sadiq əleyhissalam buyurur:  Hər kim qəzəbinin qarşısını alsa, Allah onun eybini örtər və gizlədər.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.