Hikmətli sözlər (119-cu hissə)

/ Çərşənbə axşamı, 14 Avqust 2012 14:14
Hikmətli sözlər (119-cu hissə)
Peyğəmbəri-əkrəm (s) buyurur:  Ölmüş şəxsin cənazəsi (dəfn olunmaq üçün) aparılan zaman ruhu cəsədinin üstündə dayanıb fəryad edər:  Ey övladlarım, ey qohumlarım, olmaya dünya məni aldatdığı kimi sizi də aldada!

 

Halal-haramı yığıb başqaları üçün qoydum, zəhməti mənim, ləzzəti isə başqalarının oldu! (Hesab-kitabını, əzabını mən çəkəcəyəm). Bəs çalışın, mənim günümə düşməyin.

 

 

Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Hərislik, qorxu və paxıllıq imanın azlığı və Allaha bədgümanlığın nəticəsidir.

 

 

Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Bir çox bədbəxt insanlar var ki, əcəlləri çatıb, amma onlar hələ də mal-dövlət toplamağa məşğuldurlar.

 

 

 

Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Xalqın fəlakətə uğraması və cəhənnəmə getməsi iki şeylədir:  1. Yoxsulluqdan qorxmaq; 2. Özünü yüksək tutmaq.

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.