Hikmətli sözlər (122-ci hissə)

/ Çərşənbə, 29 Avqust 2012 14:17
Hikmətli sözlər (122-ci hissə)

Əbu Firas Rəbiə ibn Kəb Əsləmi Həzrət Mühəmməd Peyğəmbərin (s) yaxın səhabələrindən idi. Zahidanə həyat tərzi sürür, əhli-süffədən sayılırdı.

 

(Əhli-süffə Peyğəmbər zamanında yaşamış, elm və ibadətlə məşğul olmuş 400 nəfərə yaxın zahid səhabəyə deyilirdi. Əksəriyyəti ev-eşiksiz və ailəsiz olan bu şəxslər Mədinə məscidinə bitişik səkinin üstündə məskunlaşmışdılar. “Süffə” sözünün tərcüməsi də səki deməkdir). Rəbiə Mədinədə Peyğəmbərə xidmət edir, Onun dəstəmaz suyunu hazırlayırdı. Deyirlər ki, Peyğəmbərin vəfatına kimi Rəbiə Ondan ayrılmadı. Peyğəmbər vəfat etdikdən sonra Rəbiə də Mədinəni tərk edib, öz qəbiləsinin yanına getdi. Hicri 63-cü ilin zilhiccə ayında (miladi 683-cü il) Yezidin qoşunları Mədinəni qarət edərkən şəhid olmuş səhabələrin içində Rəbiə də vardı.

Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Rəbiəyə dedi: ”Yeddi ildir mənə xidmət edirsən. Məndən bir istəyin varmı?“. Rəbiə bir az düşünüb cavab verdi: ”Ey Allahın Rəsulu! Mənə möhlət ver ki, fikirləşim“.

Ertəsi gün Rəbiə Peyğəmbərin hüzuruna yetişəndə o həzrət nə qərara gəldiyini ondan soruşdu. Rəbiə söylədi: ”Allahdan istəyin ki, mənə cənnətdə Sizin yanınızda yer versin“. Peyğəmbər soruşdu: ”Rəbiə, bu sözü sənə öyrədən olub, yoxsa özün fikirləşib bu fikrə gəlmisən?“. Rəbiə cavab verdi: ”Xeyr, heç kəs mənə öyrətməyib. Düşündüm ki, əgər Sizdən var-dövlət istəsəm, var-dövlət yox olub gedəndir. Əgər uzun ömür və ya çoxlu oğul-uşaq istəsəm, bunların da axırı ölümdür. Ona görə mən əbədi xoşbəxtliyi seçdim“.

Peyğəmbər Rəbiənin cavabını bəyəndi, bir müddət başını aşağı salıb sakit durdu, sonra buyurdu: ”Mən sənin istəyini yerinə yetirərəm (yəni cənnətdə mənimlə birlikdə olmağını Allahdan istəyərəm). Amma gərək sən də çoxlu səcdə etməklə və namaz qılmaqla mənə kömək edəsən“.

Peyğəmbər Rəbiəyə bunu demək istəyirdi ki, əgər cənnətdə özünə yer qazanmaq və mənimlə bir yerdə olmaq istəyirsənsə, buna layiq olmalısan. Ibadətinə diqqət yetirməli, Allahın şükrünü səcdələrlə yerinə yetirməyə çalışmalı, namaza məsuliyyətlə yanaşmalısan. Əgər bunu etməsən, sənin haqqında duam müstəcab olmaz.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.