Səhabə cavab verdi: ”Əlbəttə, istəyirəm, ey Allahın Rəsulu!“. Peyğəmbər buyurdu: ”Allahın sənə verdiyi nemətləri başqalarına bağışla (infaq et)“. Səhabə soruşdu: ”Əgər özüm başqalarından daha artıq ehtiyaclı olsam nə edim?“. Peyğəmbər buyurdu: ”Məzluma yardım et“. Səhabə soruşdu: ”Əgər özüm hər məzlumdan daha zəif olsam, necə olsun?“. Peyğəmbər buyurdu: ”Nadanı doğru yola hidayət et“. Həmin adam yenə soruşdu: ”Bəlkə nadanların içində ən cahili elə mən özüm oldum. Belə olsa nə edim?“. Peyğəmbər buyurdu: ”Bu halda dilindən yalnız xeyir məqsədlər üçün istifadə et, başqa vaxtlarda ağzını yumub otur“. Sonra o həzrət buyurdu: ”Məgər istəməzsənmi bu sifətlərdən birinə sahib olasan və behiştə düşəsən?“.