Peyğəmbər buyurdu: ”Istəyiniz nə qədər böyük olsa da deyin“. Müsəlmanlar söylədilər: ”Səndən xahişimiz budur ki, behiştə düşməyimiz üçün bizə zəmanət verəsən“.
Peyğəmbər başını aşağı saldı, əli ilə torpağı hamarlaya-hamarlaya fikirləşdi, sonra üzünü həmin adamlara tutub buyurdu: ”Yaxşı, mən sizin üçün behiştə zamin olaram. Amma bir şərtlə: gərək siz də heç kimdən heç nə istəməyəsiniz və heç kəsə möhtac olmayasınız“.
Imam Cəfər Sadiq (ə) bu hədisi rəvayət edəndən sonra buyurdu: ”Keçmişdə müsəlmanlar bu cür idilər. Səfərdə süvarinin qırmancı əlindən yerə düşsəydi, yanındakı piyadadan xahiş etməzdi ki, qaldırıb ona versin, özü atdan düşüb qırmancı götürərdi. Çünki heç kəsə ağız açıb əskilmək istəməzdi. Süfrə arxasında sudan uzaqda əyləşən adam başqasından xahiş etməzdi ki, suyu ona tərəf ötürsün, özü yerindən qalxıb su qabını götürərdi. Çünki hətta su içmək üçün olsa belə, başqasına ağız açmağı xoşlamazdı“.(