Hikmətli sözlər (125-ci hissə)

/ Bazar ertəsi, 03 Sentyabr 2012 14:26
Hikmətli sözlər (125-ci hissə)
Bir nəfər Imam Hüseynin (ə) yanına gəlib dedi: “Mən tez-tez günah edirəm. Nəfsim məni haramlara doğru çəkir. Nə qədər çalışıramsa da, günahdan çəkinə bilmirəm. Mənə elə bir yol göstər ki, onun vasitəsilə pis işlərdən uzaq olum”.

 

Imam Hüseyn (ə) həmin adama buyurdu: “Sənə beş tapşırıq verəcəyəm. Əgər həmin tapşırıqlara riayət etsən, hansı günahı istəyirsənsə yerinə yetirə bilərsən”. Sual verən adam təəccüblə Imamın cavabını gözləməyə başladı. Necə ola bilər ki, Peyğəmbərin nəvəsi ona beş şərt daxilində istədiyi günahı etməyə icazə verir?

Imam buyurdu: “Birinci şərtim budur ki, Allahın verdiyi ruzini yemə, əvəzində hər nə günah istəyirsənsə et. Ikinci şərtim budur ki, Allahın hakimiyyətinin əhatəsindən çıx, meylin çəkən hər günahı et. Üçüncüsü, əgər Allahın səni görə bilməyəcəyi yer tapsan, o yerə get və ürəyin istəyən harama qərq ol. Dördüncü şərtim budur ki, ölüm mələyi canını almaq üçün gələndə onu özündən uzaqlaşdıra biləcəksənsə, istədiyin günahı et. Nəhayət, beşinci şərtim budur ki, axirət aləmində cəhənnəm qoruqçuları səni atəşə sürükləyəndə onların əlindən xilas olacağına əminsənsə, hər nə günah istəsən edə bilərsən”. Həmin adam bu şərtlər daxilində heç bir günah edə bilməyəcəyini anladı və o gündən əxlaqını islah etmək istiqamətində çalışmağa başladı.

Imam Hüseyn (ə) bu şərtləri irəli sürməklə həm o adam üçün günah etmək imkanını heçə endirdi, həm də bu qədər əzəmətə, böyüklüyə və mərhəmətə sahib olan Allahın qarşısında günah etməyin nə qədər eyib və xəcalətli iş olduğunu ona başa saldı. Həqiqətən, Allahın verdiyi rüzidən yeyə-yeyə, Allahın hökmü və nəzarəti altında olduğunu bilə-bilə, Onun qüdrətinə tabe ola-ola günah etmək böyük nankorluqdur.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.