Hikmətli sözlər (126-cı hissə)

/ Çərşənbə axşamı, 04 Sentyabr 2012 15:36
Hikmətli sözlər (126-cı hissə)
"Bir nəfər Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib deyir".“Mən zina etməyi, oğurlamağı, şərab içməyi və yalan danışmağı xoşlayıram. Amma Sənin xatirinə bunlardan birini tərgitməyə hazıram. Bu günahlardan hansı birini tərgitməyimi məsləhət görürsən?”.

 

Peyğəmbər buyurdu: “Bircə tövsiyəm var ki, yalan danışmayasan”. O həzrətin hüzurunda olan səhabələr bu sözə məəttəl qaldılar. Necə ola bilər ki, Peyğəmbər bu dörd günahın içində ən az zərərli görünən yalanı qadağan etdi, amma qalan üç böyük günaha əhəmiyyət vermədi?

O adam Peyğəmbərin hüzurundan çıxıb yoluna davam etdi. Yolüstü həmişəki adəti üzrə zina etmək fikrinə düşdü. Amma düşündü ki, əgər zina edəndən sonra yolda rastına çıxan adam haradan gəldiyini ondan soruşsa, gərək düzünü desin. Düzünü desə, ona zina cəzası verəcəklər. Buna görə zina etməkdən vaz keçdi. Sonra oğurluq etmək fikrinə düşdü. Yenə eyni fikirlə bu işdən çəkinməli oldu: “Haradan gəldiyimi soruşsalar, nə deyəcəyəm? Oğurluqdan gəldiyimi söyləyə bilmərəm ki”. Şərab içmək niyyətindən də beləcə əl çəkdi: “Desəm ki, şərab içmişəm, həm şallaqlanacağam, həm də camaatın gözündə rüsvay olacağam”.

Bu fikirlərlə Peyğəmbərin hüzuruna qayıdıb söylədi: “Sənin dediyin şərt daxilində bu günahların heç birini etmək mümkün deyil. Yalan danışmamaq haqqında verdiyim vədi də poza bilmərəm. Ona görə, Sənə verdiyim sözün xatirinə bu gündən bu işlərin hamısından əl çəkib tövbə edirəm”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.