Hikmətli sözlər (127-ci hissə)

/ Çərşənbə, 05 Sentyabr 2012 15:37
Hikmətli sözlər (127-ci hissə)
 

 

Həzrət Əli ibn Əbu Talib (ə) xəlifəlik dövründə Kufədə cümə namazı qıldıqdan sonra xütbə oxuyaraq buyurdu: “Ay camaat! Ümmətin içində yeddi cür adamın olması müsibətdir (bəladır).

 

 

Gərək bu müsibətlə üzbəüz olmamaq üçün Allaha sığınaq:

Birinicisi, çaşqınlığa düşmüş alim.

Ikincisi, ibadətdən yorulan abid.

Üçüncüsü, kasıblamış mömin.

Dördüncüsü, yanındakı əmanətə xəyanət edən adam.

Beşincisi, iflas olmuş sərvətli.

Altıncısı, vaxtilə hörmət-izzətli olub, sonra xar olmuş adam.

Yeddincisi, xəstələnmiş kasıb”.

Bu zaman yerdən bir nəfər qalxıb soruşdu: “Ey möminlərin əmiri! Allah Quranda buyurur ki, mənə dua edin, mən də duanızı müstəcab edərəm. Bəs, niyə dua edirik, amma müstəcab olmur?”.

Həzrət Əli (ə) buyurdu: “Səbəbi budur ki, siz səkkiz məsələdə Allahın əmrini pozursunuz.

Əvvəla, Allahı tanıyırsınız, amma sizə vacib olan tərzdə Onun haqqını vermirsiniz. Allahı bu cür tanımağın sizə heç bir faydası dəyməz.

Ikincisi, Allahın Peyğəmbərinə iman gətirmisiniz, amma onun göstərişlərinə qarşı çıxırsınız, onun şəriətini məhv edirsiniz. Bəs, imanınızın nəticəsi nə oldu?

Üçüncüsü, Quranı oxuyursunuz, amma ona əməl etmirsiniz. Deyirsiniz ki, biz Quranı qulağımızla və qəlbimizlə qəbul edirik, amma əslində onun əleyhinə çıxırsınız.

Dördüncüsü, deyirsiniz ki, biz cəhənnəm alovundan qorxuruq. Amma günahlarınızla ona sarı gedirsiniz.

Beşincisi, deyirsiniz ki, guya behişti sevirsiniz. Amma elə işlər görürsünüz ki, bunlar sizi behiştdən daha da uzaqlaşdırır. Bəs, cənnətə olan sevginiz harada qaldı?

Altıncısı, Allahın nemətlərini yeyirsiniz, amma şükr etmirsiniz.

Yeddincisi, Allah sizə şeytanla düşmən olmağı tapşırıb: “Həqiqətən, şeytan sizin düşməninizdir, siz də onu düşmən bilin”. Siz dilinizlə onu düşmən tutsanız da, əməllərinizlə ona dost oldunuz”.

Səkkizincisi, başqalarının eybini seyr edirsiniz, amma öz eyiblərinizə göz yumursunuz. Elə adamları məzəmmət edirsiniz ki, özünüz məzəmmətə ondan daha çox layiqsiniz.

Belə olan halda hansı duanız müstəcab ola bilər? Siz duanın qapılarını və qəbul olma yollarını öz üzünüzə bağlamısınız. Allahdan qorxun, əməllərinizi islah edin, camaatı yaxşı işlərə doğru çağırıb, pis işlərdən çəkindirin ki, Allah dualarınızı müstəcab etsin”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.