Hikmətli sözlər (129-cu hissə)

/ Çərşənbə, 19 Sentyabr 2012 15:39
Hikmətli sözlər (129-cu hissə)
BAŞQALARI ÜÇÜN DUA ETMƏYİN FAYDASI

Ibrahim ibn Şüeyb Imam Cəfər Sadiqin (ə) səhabələrindən idi. Bir gün həcc ziyarəti zamanı Ərəfatda dostlarından biri onunla görüşdü. Ibrahimin bir gözü kor idi. Dostu gördü ki, Ibrahimin o biri gözü də ağlamaqdan qızarıb az qala qan laxtasına dönüb. Ürəyi yandığı üçün Ibrahimə dedi: “Onsuz da bir gözünü itirmisən. Mən sənin o biri gözün üçün narahatam ki, onu da əldən verməyəsən. Dua edəndə az ağla. Bu, sənin üçün daha yaxşı olar”. Ibrahim cavab verdi: “Mən öz halımdan narahat deyiləm. Vallahi, bircə gün də özümdən ötrü dua etmirəm”. Dostu heyrətlə soruşdu: “Bəs kimin üçün dua edirsən?”. Ibrahim dedi: “Din qardaşlarım üçün dua edirəm. Həzrət Əbu Əbdillahdan (yəni Imam Cəfər Sadiqdən (ə)) eşitmişəm ki, hər kim öz din qardaşı üçün onun xəbəri olmadan xeyir dua etsə, Allah mələklərdən birinə tapşırar ki, o adama desin: “Qardaşın üçün nə istədinsə, onun iki misli sənin özünə verilsin”. Indi mən öz qardaşlarımdan ötrü dua edirəm ki, qoy mələk də məndən ötrü dua etsin. Çünki yəqin bilmirəm ki, əgər mən özüm üçün dua etsəm, müstəcab olacaq ya yox. Amma mənim barəmdə mələyin duasının müstəcab olacağını yəqin bilirəm”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.