Hikmətli sözlər (130-cu hissə)

/ Cümə axşamı, 20 Sentyabr 2012 15:40
Hikmətli sözlər (130-cu hissə)
Böyük sufilərdən biri vəfat etmişdi. Onun ən sevimli şagirdi ustadın ölümündən çox üzülürdü.

Allaha dua edib yalvarırdı ki, heç olmazsa, bir gecə yuxuda ustadı görməyi ona nəsib etsin. Bir ildən sonra şagird yuxuda ustadı görüb ondan soruşdu: “Ustad, o biri aləmdə vəziyyətiniz necədir? Allah sizinlə necə rəftar etdi?”. Ustad cavab verdi: “Sağlığımda bir gün bir odun qalağının yanından keçirdim. Budaqlardan nazik bir çubuq qoparıb dişimi onunla təmizlədim. Amma odun sahibindən icazə və halallıq almağı unutdum. Bir ildir ki, sorğu-sual mələklərinə həmin çubuğun hesabını verib qurtara bilmirəm”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.