Hikmətli sözlər (131-ci hissə)

/ Cümə, 21 Sentyabr 2012 15:41
Hikmətli sözlər (131-ci hissə)
Qohumlara baş çəkmək əcəli yubadar

 

Imam Musa Kazim (ə) Məkkədə həcc ziyarətində olarkən məğrib (Şimali Afrika) əhlindən Yəqub adlı bir nəfər Onun görüşünə gəldi. Imam Kazim (ə) Yəquba baxıb buyurdu: “Ey Yəqub! Sən dünən qardaşın Ishaqla birlikdə bura (Məkkəyə) gəlmisən. Qardaşınla sənin aranda mübahisə düşdü. Iş o yerə çatdı ki, bir-birinizi ağır söyüşlərlə söydünüz. Bil ki, hər ikiniz böyük günah etmisiniz. Nəinki doğma qardaşı, hətta öz din qardaşını belə, söymək bizim və ata-babalarımızın (yəni Əhli-beytin) əxlaqından uzaqdır. Biz heç vaxt öz tərəfdarlarımıza bunu etməyə icazə vermərik. Allah-təaladan qorx və təqvalı ol. Ey Yəqub! Bil ki, tezliklə qardaşınla səni ölüm ayıracaq. Qardaşın Ishaq bu səfərdən evinə qayıtmayacaq, onu görmək arvad-uşağına qismət olmayacaq. Sən isə öz günahından peşman olub tövbə edəcəksən. Siz qəti-rəhim etdiniz (yəni qohumluq əlaqələrini kəsdiniz), ona görə Allah da sizin ömrünüzdən kəsdi”.

Yəqub soruşdu: “Sənə fəda olum! Qardaşımın əcəlini söylədin. Bəs mənim əcəlim nə vaxt çatacaq?”. Imam buyurdu: “Etdiyin günaha görə sənin də əcəlin çatmışdı. Amma sən bir az bundan əvvəl öz qoca və xəstə bibinə baş çəkdin, ona hədiyyə aparıb könlünü şad etdin. Sileyi-rəhim (yəni qohumlarla mehribanlıq) etdiyinə görə Allah sənin ömrünü iyirmi il uzatdı”.

Hədisi rəvayət edən ravi deyir ki, bir müddətdən sonra Yəqubla görüşüb əhvalını soruşdum. Dedi ki, həqiqətən, qardaşı həmin səfərdən qayıdanda evə çatmadan dünyasını dəyişib və yol üstündəki şəhərlərin birində dəfn edilib.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.