Hikmətli sözlər (132-ci hissə)

/ Bazar ertəsi, 24 Sentyabr 2012 15:42
Hikmətli sözlər (132-ci hissə)
Peyğəmbərin beş tövsiyyəsi

 

Bir gün Əbu Əyyub Ənsari (Konstantinopola yürüşlərdə iştirak edib və şəhərin divarları yanında şəhid olub, hazirda qəbrinin yerləşdiyi məscid İstanbulda Əyyub Sultan adı ilə böyük ziyarətgahdır) Həzrət Mühəmməd Peyğəmbərdən (s) xahiş etdi: “Mənə elə tövsiyə verin ki, həm qısa, həm də faydalı olsun”. Peyğəmbər buyurdu:

“Sənə beş tövsiyəm var:

Əvvəla, camaatın mal-mülkündən gözünü çək; bu, varlı olmağın ən gözəl yoludur.

Ikincisi, tamahkarlıqdan çəkin. Çünki tamahkarlıq kasıblıq deməkdir.

Üçüncüsü, hər namazı elə qıl ki, sanki bu, sənin həyatında son namazındır və bundan sonra namaz qılmağa imkanın olmayacaq.

Dördüncüsü, sonradan peşman olub üzr istəyəcəyin əməli etmə.

Beşincisi, özün üçün istədiyini din qardaşın üçün də istə”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.